Accessibility links

21 millət vəkili İlham ƏLiyevə müraciət edib


21 millət vəkili ANS telekanalının yayımının bərpa olunması xahişi ilə prezident İlham Əliyevə müraciət ediblər.

Müsavat partiyasından olan millət vəkili Nəsib Nəsibli nəticəsindən asılı olmayaraq, söz azadlığına sayğısı olanların mövqeyini bildirməsini vacib sayır. Hətta onların parlamentdə sayı hələ ki, 21-dən çox olmasa da.

Deputat 5 nəfərlik Müsavat deputat qrupunun parlamentdəki fəaliyyətinin kafi olduğunu deyir.

Nəsib Nəsibli söz azadlığına qarşı hücumların əsas səbəbini artan neft gəlirləri ilə bağlı hökumətin reallıq hissini itirməsində görür.

Millət vəkili beynəlxalq ictimaiyyətin bəyanatlar verməklə problemlərin həllinə nail olacaqlarına şübhə edir.

Nəsib Nəsibli ilə müsahibəni audioformatda dinləyin

XS
SM
MD
LG