Accessibility links

Ukrayna parlamenti genosidlə bağlı qanunu təsdiq etdi


Ukrayna parlamenti 1930-cu illərin aclığını genosit kimi qəbul edən qanunu təsdiq edib. Bu gün qanunvericilər Ukrayna xalqına qarşı qenosidlə bağlı sənəddəki düzəlişi dəstəkləyiblər. Əvvəlcə təklif edilən qanun layihəsində genosidin Ukrayna dövlətinə qarşı olduğu deyilirdi. 1932-33-cü illər ərzində Sovet rəhbərliyi altında olan Ukraynada 10 milyondan artıq insan aclığın qurbanı olmuşdu. Təhlilçilərin fikrincə aclıq təbii səbəblər deyil, diktator İosif Stalinin rəhbərlik etdiyi hökumətin siyasətindən irəli gəlmişdi.

XS
SM
MD
LG