Accessibility links

Roma Papası Efes şəhərini ziyarət edib


Roma Papası 16-ci Benediktin Türkiyə səfəri ümumiyyətlə müsbət qarşılanır. Roma Papasının güclü təhlükəsizlik tədbirləri altında həyata keçirilən bu səfəri islamla bağlı söylədiklərinin yaratdığı mübahisələri aradan qaldırmaq məqsədi ilə müsəlmanlara qardaş əlini uzatmaq mahiyyəti daşıyır. Roma Papası Türkiyənin Egey dənizi sahilində yerləşən Efes şəhərində olub. Bu şəhərdə İsa peyğəmbərin qətlindən sonra Məryam ananın son illərini keçirdiyinə inanılır. Roma Papası 16-cı Benedikt bu şəhəri ziyarət edən üçüncü papadır. 6-cı Pavel orada 1967, İkinci İohan Pavel isə 1979-cu ildə Efesdə olmuşdu.

XS
SM
MD
LG