Accessibility links

Prezident Buşla İraqın baş nazirinin görüşü başa çatıb


ABŞ prezidenti Corc Buş və İraqın baş naziri Nuri ƏL Malikinin İordaniya görüşü təhlükəsizliyin İraq qüvvələrinə verilməsi prosesinin sürətləndirilməsi vədləri ilə başa çatıb. Prezident Buş bildirib ki, Amerika İraq münaqişəsindən, onun sözləri ilə desək "üzü sulu" çıxmaq niyyətində deyil.

Corc Buş ABŞ qüvvələrinin missiyalarını başa çatdırmayınca və İraq hökumətini onlara ehtiyac duyduqca İraqı tərk etməyəcəyini deyib. ABŞ prezidenti İraqın baş naziri Nuri Əl Malikini güclü lider adlandıraraq, onun hökumətinin İraqın gələcəyi üçün əvəzsiz oldğunu deyib.

İraqlılar ABŞ prezideti və İraqın baş nazirinin görüşündən razı qalmadıqlarını bildirilər. Corc Buş və Əl Malikinin birgə təşkil etdikləri mətbuat konrfasını izləyən iraqlılar prezident Buşun yalnız danışdığını, lakin əmələdə heç nə etmədiyini deyirlər. Onlar hesab edirlər ki, Buş və Amerika iraqlılar üçün heç bir iş görmür.

XS
SM
MD
LG