Accessibility links

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini öhdəliklərinə sadiq qalmağa çağırır


Biləşmiş Ştatlar Azərbaycan hökumətinin mətbuat azadlığını boğmaq səylərindən narahatdır. ANS Müstəqil televiziya və radio stansiyasının yayımını dayandırmaq və müstəqil Azadlıq qəzetinin və Turan agentliyinin ofisindən çıxarılması ilə hökumət Azərbaycanda müstəqil jurnalistlərin işləmə imkanlarını olduqca zəiflədir.

Birləşmiş Ştatlar Azərbaycanda media azadlıqları və insan hüquqları ilə bağlı vəziyyəti yaxından müşahidə edir. Biz Azərbaycan hökumətini lisenziya və digər hüquqi məsələlər qanunvericiliyə uyğun şəkildə çözülməyənə qədər hər üç media vasitəsinin fəaliyyətini bərpasına imkan yaratmaqla demokratiya və mətbuat azadlığı barədə öhdəliklərinə sadiqlik nümayiş etdirməyə çağırıb.

XS
SM
MD
LG