Accessibility links

Corc Buş: Maliki İraqın parçalanmasının əleyhinədir


ABŞ prezidenti Corc Buş İraq baş naziri Nuri Əl məliki ilə görüşünün nəticələrini şərh edərkən İraq liderinin ölkənin parçalanmasının əleyhinə olduğunu aydın şəkildə bildirdiyini deyib.

Prezident Buş həftəlik radiomüraciətində əl Malikiyə istinadən qeyd edib ki, ölkənin parçalanması daha çox təriqətlərarası zorakılığa səbəb ola bilər. O, həmçinin İraq təhlükəsizlik qüvvələrinin təlimini sürətləndirməyə ehtiyac olduğunu Malikinin də anladığını deyib.

President Buş Birləşmiş Ştatların hər iki siyasi partiyasını təmsil edən liderlərin İraqda münaqişənin çözümü yollarında konsensusa gəlmələrinin zəruriliyini də qeyd edib.

XS
SM
MD
LG