Accessibility links

Livanın baş naziri ofisini tərk etməyəcəyini bildirib


Livanın baş naziri qərbin dəstəklədiyi hökumətin istefası tələbi ilə Hezbullah tərəfdarlarının keçirdiyi etiraz nümayişlərinə baxlayaraq, ofisini tərk etməyəcəyini bildirib. Hökumətin baş qərargahından çıxış edən baş nazir Fuad Siniora deyib ki, əmələ gəlmiş bu vəziyyəti ancaq danışıqlar yolu ilə nizama salmaq olar. O, parlamentin spikeri Nəbi Berrini Livan üsyançıları ilə danışıqları bərpa etməyə çağırıb.

Cənab Sinioranın çıxışı zamanı minlərlə insan küçələrdə hökumətə qarşı etiraz aksiyaları keçirməkdə davam edirdi. Onlar cənab Siniora istefa verməyincə nümayişləri davam etdirəcəklərini bildiriblər.

XS
SM
MD
LG