Ağ Evin milli təhlükəszlik müşaviri deyir ki, prezident Buş istefaya gedən Donald Ramsfeldin İraq strategiyasına təklif etdiyi dəyişiklikləri nəzərdən keçirir. Stefen Hadley ABC telekanalına bildirib ki, prezident Buş cənab Ramsfeldin İraqdakı vəziyyətin kifayət qədər yaxşılaşmadığı və dəyişikliklərə ehtiyac olması haqda dedikləri ilə razılaşır.
Qeyd edək ki, istefa verməzdən iki gün öncə Ramsfeld İraq siyasətində dəyişikliklərlə bağlı məxfi siyahı hazırlamışdı. Bu siyahıya strageiyada əsaslı dəyişikliklərin aparılması, o cümlədən qoşunların azaldırlması, zorakılığın tüğyan etidiy yerlərə yardımın kəsilməsi daxil idi.
Bu həftə prezidentin təsis etidiyi İraq Araşdırma Qrupu ABŞ-ın İraq siyasəti ilə bağlı öz tövsiyələrini açıqlayacaq. Sabah isə prezident Buş İraq şiələrinin lideri Əbdül Əzizi əl Hakimlə Ağ Evdə görüş keçirəcək.