Accessibility links

Toni Bleyr Vaşinqtona gəlir


Ağ Evin bildirdiyinə görə, Böyük Britaniyanın baş naziri Toni Bleyr bu həftə Vaşinqtona gəlir. Mətbuat katibi Toni Snounun açıqlamasında bildirilir ki, ABŞ prezidenti Corc Buş cənab Bleyrlə İraq və Əfqanıstanda demokratiyanın möhkəmləndirilməsi, habelə Yaxın Şərqdə sülh və təhlükəsizliyin təminat altına alınması kimi məsələləri müzakirə edəcək.

Liderlərin görüşündən bir gün əvvəl İraq Araşdırma Qrupu İraqla bağlı tövsiyyələrini Buş administarsiyasına təqdim etməlidir. Prezident Buş və baş nazir Bleyrin müzakirələri zamanı İranı nüvə silahları proqramından çəkindirilməsi, Darfur genosidi və azad ticarət kimi mövzulara yer veriləcəyi gözlənilir.

XS
SM
MD
LG