ABŞ-ın İraqdakı hərbi komandanı, general Corc Keysinin və ABŞ-ın İraqdakı səfiri Zlamay Xəlilzadın verdiyi bəyanatda deyilir ki, iraqlılar təriqətlərarası zorakılıqlara sürüklənməməlidir. Bəyanatda Bağdadda həyata keçirilən son bomba hücumları və intiqam qətlləri qınanılıb. Qeyd edək ki, İraqda baş verən son zorakılıqlar çərçivəsində iraqlı bir radio jurnalist qətlə yetirilib.
Hərbiçilərin bildirdiyinə görə, dünən İraqın qərb bölgəsində hərbi vertolyot təcili şəkildə yerə enərkən 4 dəniz qüvvəsi əsgəri həlak olub. ABŞ prezidenti Corc Buş bu gün İraqdakı vəziyyətlə bağlı İraqın Ali İslam İnqilabı Şurasının lideri Əbdel əziz Əl Həkimlə görüş keçirir.