Accessibility links

Ərdoğan Avropa Birliyini səhvə yol verməməyə çağırır


Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan Avropa Birliyini Türkiyəni AB üzvlüyünə dair danışıqlardan uzaqlaşdırmamağa çağırıb.

Ankarada verdiyi şərhdə cənab Ərdoğan Türkiyəni danışıqlar masasından uzaqlaşdırmağın ciddi səhv olacağını deyib.

Avropa Komissiyası Türkiyənin Kiprin gəmi və təyyarələrini öz limanlarına buraxmamasını əsas gətirərək, 35 məsələ üzrə danışıqların dondurulmasını tövsiyə edib.

XS
SM
MD
LG