Moksvada sabiq Rusiya casusu Aleksandr Litvinenkonun radiasiya zəhərlənməsindən ölümünü araşdıran Britaniyanın xəfiyyələri Litvinenkonun özünü piss etdiyi gün onunla görüşən iki nəfərdən birinin dindirilməsində iştirak ediblər. İşlə məşğul hüquqşünasın verdiyi məlumata görə, Rusiyanın baş prokurorluq idarəsinin rəsmiləri və britaniyalı xəfiyyələr biznesmen Dmitri Kovtunu dindiriblər. Sorğu-sual mümkün radiasiya zəhərlənməsinə görə yoxlanmış daha bir şahid Andrey Luqovoyun olduğu eyni xəstəxanada keçirilib. Luqovoy və Kovtun noyabrın biri Litvinenko özünü xəstə hiss edən gün onunla Londonda görüşüblər.