Accessibility links

ABŞ prezidenti İraq araşdırma qrupunun hesabatını nəzərdən keçirəcək


İraq araşdırma qrupunun həmsədrləri prezident Buşu Amerikanın İraqdakı siyasətinin dəyişdirilməsi ilə bağlı tövsiyyələrini həyata keçirməyə çağırıb. Bu gün ABŞ qanunvericiləri qarşısında çıxış edən sabiq konqresmen Li Hamilton bildirib ki, təkliflərin effektivliyi onların bütövlükdə qəbulundan asılıdır. İraq araşdırma qrupunun hesabatında İraqdakı mövcud durumun ciddiliyi diqqətə çatdırılır. ABŞ prezidenti Corc Buş hesabatın ordu və digər agentliklərin araşdırmaları ilə birgə nəzərdən keçiriləcəyini bildirib.
XS
SM
MD
LG