Accessibility links

ABŞ prezidenti Konqres liderləri ilə görüşüb


ABŞ prezidenti Corc Buş bu gün Konqresin respublikaçı və demokrat liderləri ilə görüşüb,Amerikanın İraqda yeni strategiyasını müzakirə edib. Dünən Ağ Evdəki çıxışı zamanı cənab Buş İraqdakı mövcud durumu “pis” adlandıraraq, yeni strategiyaya ehtiyac olduğunu bildirmişdi. ABŞ prezidenti bu gün Ağ Evdə təşkil edilən görüş zamanı İraqla bağlı yeni siyasətin demokrat liderlərlə birgə hazırlanacağını bildirib. Nümayəndələr palatasının yeni spikeri Nansi Pelosy prezidentlə son zamanlar irəli sürülən təkliflərin müzakirə edildiyini deyib. Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Toni Bleyrlə görüşündən sonra təşkil edilən mətbuat konfransında ABŞ prezidenti Corc Buş İraqla bağlı yeni qərarlarının İraq Aradırma Qrupunun tövsiyyələri, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Agentliyi və Dövlət Departamentinin aradırmalarına əsaslanacağını demişdi. Prezident araşdırma qrupunun bütün təkliflərini qəbul edilməyəcəyini desə də, hesabatın ciddi şəkildə nəzərdən keçiriləcəyini bildirmişdi. İraqa qonşu ölkələr Suriya və İranla danışqılara gəldikdə isə ABŞ prezidenti bunun Tehran və Dəməşqin terroristlərə dəstəyini dayandırması, onların İraq hökumətinə və iqtisadiyyatına yardım edəcəyinə söz verməsi ilə mümkünlüyünü demişdi. Qeyd edək ki, Corc Buş indiyədək belə bir təklifi qəbul etmirdi. Amerika prezidenti Toni Bleyrin Yaxın Şərqə səfər edib, İsrail və Fələstin liderləri ilə görüşəcəyini bildirmişdi. Eyni zamanda ABŞ Dövlət Departamenti dövlət katibi Konddolizza Raysın da regiona səfər edəcəyini bəyan edib.

XS
SM
MD
LG