" hspace=2 src="/azerbaijani/images/ap_iraq_kurd_barzani_file_8dec06_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>İraqın Kürd Muxtar Regionun prezidenti Məsud Barzani İraq Araşdırma Qrupunun ölkədə vəziyytin sabitləşdirilməsi barədə təkliflərini rədd edib. Bu gün verdiyi bəyanatda cənab Barzani deyib ki, qrupun hesabatında qeyri-real və qəbuledilməz təkliflər irəli sürülür. O, hesabatın heç vaxt qəbul etməyəcəyıcıyini bildirib. ABŞ-ın uzunmüddətli müttəfiqi olan Barzani hesabat müəlliflərini işlədikləri bir ay müddətində İraqın kürd regionuna səfər etmədiklərinə görə tənqid edib. Məsud Barzani İraqın neft sənayesində mühüm rol oynayan və çoxmillətli Kərkük şəhəri barədə təklifləri xüsusi ilə tənqid edib. Xatırladaq ki, İraq konstitusiyası Kərkük şəhərinin statusunu müəyyənləşdirmək məqsədi ilə 2007-ci ilin sonunadək referendum keçirilməsini təklif edir. Qrupun hazırladığı hesabatda isə referendumun münaqişəyə səbəb olmaması məqsədi ilə şəhərin statusunun beynəlxalq arbitraj tərəfindən müəyyənlişdirilməsi təklif olunur.