Accessibility links

Tehranda tələbələr Mahmud Əhmədinejadın çıxşına mane olmağa çalışıblar


Bu gün Tehranda Əmir Kabir universiteinin tələbələri prezident Mahmud Əhmədinejad əleyhinə nümayiş keçiriblər. Tələbələr İran prezidentinin şəklini yandırmış və onun çıxışına mane olmaq üçün fişənglər atmışlar. Nümayişçilər Mahmud Əhmədinejadı diktator olmaqda ittiham ediblər. Tələbələrin mane olmasına baxmayaraq, rəsmi mətbuat xəbər verib ki, prezident öz çıxşını bitirə bilib. Nümayişdən sonra həbslər haqda məlumat verilməyib.
XS
SM
MD
LG