Gürcüstanın baş naziri Zurab Nogadelinin Vaşinqtona 4-qünlük səfəri ABŞ-ın dövlət katibi Kondolizza Raysla görüşlə başlayıb. Görüş zamanı xanım Rays Birləşmiş Ştatların Gürcüstanın müstəqilliyini və Rusiya ilə diplomatik qarşıdurmaya son qoymaq səylərini dəstəklədiyini yenidən təsdiqləmişdir. Cənab Nogadelinin ABŞ-a səfəri Gürcüstan ilə Rusiya arasında Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarının statusu ətrafında gərginliyin artdığı vaxta təsadüf edir. Lakin ABŞ dövlət katibi Raysla görüşdən sonra Gürcüstanın baş naziri Moskva barədə daha yumşaq tonda danışmışdır. 40 dəqiqə sürən görüşdən sonra müxbirlərlə söhbətində baş nazir deyib ki, bir-birini ittiham etməyə son qoymağın vaxtı gəlib çatıb və indi 10 ildən artıqdır Gürcüstan və Rusiya arasında münasibətlərin gərginləşməsinə səbəb olan məsələləri həll etmək lazımdır. Gürcüstanın baş naziri son aylar Rusiyanın Gürcüstana qarşı tədbiq etdiyi iqtisadi sanksiyaların bir o qədər də təsirli olmadığını deyib. Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Kondolizza Rays və Zurab Nogadeli arasında görüş zamanı Gürcüstanın NATO ilə münasibətlərinin genişlənməsi və reqional enerji təhlükəsizliyi məsələləri müzakirə olunub. Gürcüstanın baş naziri Vaşınqtona səfəri zamanı o viste-prezident Dik Çeyni, Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Hadley və ABŞ ticarət naziri Suzan Şvabla görüşəcək.