Accessibility links

Prezident Buşun İraq siyasətinə dair açıqlamaları 2007-ci ilin əvvəli gözlənilir


Ağ Evdə yüksək səviyyəli bir rəsminin bildirdiyinə görə, prezident Buş İraq siyasətilə bağlı Milad bayramından öncə deyil, 2007-ci ilin əvvəli açıqlama verə bilər. Adının açıqlanmasını istəməyən ABŞ rəsmisinin sözlərinə görə, belə görünür, prezident bunu yanvar ayında edə bilər. Bu, ABŞ prezidentinin İraq siyasətilə bağlı üç gün keçirəcəyi məsləhətləşmələrin ikinci gününə təsadüf edir. Prezident Buş bu gün bir qədər əvvəl ABŞ-ın İraqdakı hərbi komandirləri və ABŞ-ın İraqdakı səfiri ilə video konfrans vasitəsilə müzakirələr aparıb. Bu gün o habelə Ağ Evdə İraqın vitse-prezidenti Tariq əl-Haşimi və yüksək səviyyəli sünnü ərəb siyasətçi ilə görüşəcək.
XS
SM
MD
LG