Accessibility links

Corc Buş Suriyanı siyasi məhbusları azad etməyə çağırıb


Prezident Buş Suriyanı dərhal bütün siyasi mhəbuslar azad etməyə və Livanın suverenliyinə zərbə endirilməsinə son qoymağa çağırıb. Cənab Buş bu günkü bəyanatında bildirib ki, o, Suriyada xəstə siyasi məhbuslara tibbi yardım göstərilməməsi haqda xəbərlərdən və onların zorakı cinayətkarlarla bir kamerada saxlanılmasından narahatdır.

Prezident həmçinin Suriyanı Livanın xalqının demokratik prosesdə iştirakına əngəl törətməkdə ittiham edib. Suriya Qərb yönümlü Livan hökumətinə qarşı nümayişlər təşkil edən Hizbullah militant qrupunu dəstəkləyir. Öz bəyanatında prezident deyib ki, Suriyalılar qəddar gücə yox, xalqın razılığına əsaslanan hökumətə layiqdir.

XS
SM
MD
LG