Accessibility links

Qənimət Zahidov: "Gələn il mətbuatın vəziyyəti daha ağır olacaq"


Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidov "Amerikanın səsi" radiosuna müsahibəsində onlar üçün Azərbaycan nəşriyyatında ayrılmış ofis otaqlarının yararsız olduğunu deyir. Qənimət Zahidovun sözlərinə görə, onun başçılıq etdiyi mətbu orqanı təzyiqlərə, "Azadlığ"ın bir neçə gün başqa qəzetlərin ofisində sığınacaq almasına baxmayaraq bir gün belə nəşrini dayandırmayıb.

Ümumilikdə ölkədə mətbuatla bağlı vəziyyətə gəlincə, Qənimət Zahidov 1998-ci ildə ölkədə senzura ləğv ediləndən sonra Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyətin ildən-ilə pisləşdiyini deyib.

Azadlıq qəzetinin ötən il ərzində fiziki hücumlara məruz qalmış əməkdaşlarına qarşı törədilən cinayətlərin üstünün açılmadığını deyən Qənimət Zahidov deyib ki,"həmin istintaqlar elə Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin istintaqı kimi gedir."

Tam müsahibəni audio-formatda dinləyin

XS
SM
MD
LG