Accessibility links

Bağdadda 30 nəfər oğurlanıb


Iraq polisinin bildirdiyinə görə, hərbi paltar geymiş yaraqlılar Bağdadın mərkəzində azı 30 nəfəri oğurlayıb. Polis yaraqlıların şəhərin kommersiya mərkəzində bir neçə maşınla peyda olaraq qurbanları mühasirəyə aldıqlarını deyib. İraq rəsmiləri yaraqlıların həmçinin vitse-prezident Adil Əbdül Mehdinin kortejinə hücum etdiklərini bildiriblər. Vitse president xəsarət almayıb.

Birləşmiş Ştatların İraqdakı əməliyyat komandanı general – leytenant Reymond Odyerno zorakılığa son qoymaq səylərinin diplomatik, iqtisadi və hərbi proqramlar vasitəsilə davam etdirilməli olduğunu deyib. Bu arada Bağdadı ziyarət edən bir neçə ABŞ senatoru 15 000-dən 30-dək əlavə qoşunun İraqa göndərilməsinə çağırıb.

XS
SM
MD
LG