Accessibility links

İranda yerli seçkilər keçirilir


İran seçiciləri yerli seçkilərdə səs verirlər. Seçkilər prezident Mahmud Əhmədenijad üçün ilk sınaq hesab edilir. Siyasi təhlilçilərin fikrincə, seçkilər 18 aydır prezident seçilən Mahmud Əhmədenijadın idarəçiliyinə xalqın necə münasibət bəslədiyini götərəcək. Seçki rəsmiləri çoxsaylı adamın iştirakını nəzərə alaraq səsvermə vaxtını uzatdığını bildirirlər. Onlar seçkilərin nəticələrinin bir neçə gündən sonra elan ediləcəyini bildiriblər. Bugünkü seçkilərdə şəhər və kənd şuralarının üzvləri seçiləcəklər. Seçkilərə 200000-dən çox adam namizədliyini irəli sürüb. Bu gün həm də İran ruhaniləri 86 yerli nəzarət şuralarının üzvlərini seçirlər.

XS
SM
MD
LG