Accessibility links

U. Perri:  İraq Araşdırma Qrupunun tövsiyyələrinə əməl olunmalıdır


ABŞ-ın sabiq müdafiə naziri Uilyam Perri Buş admnistrasiyasını İraq Araşdırma Qrupunun tövsiyyələrinə əməl etməyə çağırıb. Demokratların radio müraciəti zamanı cənab Perri deyib ki, Amerikanın başçıqlıq etdiyi koalisiya İraqın qonşularının dəstəyini əldə etməyə nail olmayıb. Bil Klintonun prezidentliyi dövründə müdafiə naziri olmuş Uilyam Perri bildirib ki, Amerika öz əsgərlərini müharibədən azad etməli, İraqın təhlükəsizlik və polis qüvvələrinin təlimlərini sürətləndirməli və 2008-ci ilədək qüvvələrin İraqdan çıxarılmasını qarşıya məqsəd qoymalıdır.

XS
SM
MD
LG