Accessibility links

İran texnologiyası ilə bölüşməyə hazırdır


İran prezidenti Mahmud Əhmədenejad bildirirb ki, İran nüvə texnologiyasını qonşu ölkələrlə bölüşməyə hazırdır. Prezidentə istinadən dövlət mətbuat orqanları texnologiyanın sadəcə enerji mənbəyi və neftə alternativ olduğunu bildirib. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və Avropa ölkələri İranın nüvə silahı əldə etmək niyyətində olduğunu deyir. Moskavada isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Təhlükəsizlik Şurasının gələn həftələr ərzində İranın nüvə silahı ilə bağlı qarşıdurmanı həll edəcəyinə ümid bəslədiyini bildirib. O deyib ki, beynəlxalq partnyorlar İranı cəzalandırmaq deyil, onunla müzkirələr keçirilməsini dəstəkləməlidir.

XS
SM
MD
LG