İranda keçirilən bələdiyyə seçkiərinin ilkin nəticələrinə görə, prezident Mahmud Əhmədinejadın opponentləri irəlidədir. Bu gün elan edilən nəticələrə əsasən, 7 mötədil mühafizəkar və 4 islahatçı Tehranın bələdiyyə şurasında 15 yerdən 11-ni əldə edib. Bir müstəqil namizədin və prezidentin üç müttəfiqinin Şuraya üzv olacağı bildirilir.
Xübrələr (Ekspertlər) Məclisi uğrunda yarışlarda da mötədil mühafizəkarlar öndə gedir. İlkin nəticələr İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin tərəfdarlarının ali ruhani rəhbərin fəlaiyyətinin monitorinqini həyata keçirən bu Məclisdə böyük əksəriyyətlə yer qazandığını göstərib. İranın ən böyük islahatçı partiyası Əhmədinejadın məğlubiyyətini hökumətin avtoritar siyasətinin nəticəsi adlandırıb.