Accessibility links

Əfqan ordu generalı casusluqda günahlandırılır


Əfqan rəsmiləri Pakistan kəşfiyyat agentliyinə casusluq etməkdə günahlandırılan iki nəfəri həbs ediblər.

Prezidentin sözçüsü Məhəmməd Kərim Rəhimi bu gün jurnalistlərə bildirib ki, təhlükəsizlik qüvvələri Pakistan kəşfiyyat zabitini şərqi Əfqanıstanda həbs ediblər.

Polis dünən əfqan ordu generalını casusluqda günahlandıraraq həbs etdiyini bildirib. Sözçü general Xair Məhəmmədin hərbi sirləri Pakistanın Servislərarası Kəşfiyyat Direktorluğuna satdığını etiraf etdiyini bidlirib. Təhqiqat davam edir.

Yerli media generalın Direktorluğa ABŞ və NATO qoşunlarının Əfqanıstanda yerləşdiyi yerlər barədə məlumat ötürdüyünü yazır.

Əfqanıstan Pakistanın kəşfiyyat agentliyini Taliban yaraqlılarını dəstəkləməkdə dəfələrlə günahlandırıb. İki ölkə arasında münasibətlər getdikcə daha da gərginləşir.

XS
SM
MD
LG