Accessibility links

Robert Geyts İraqdadır


ABŞ-ın yeni müdafiə naziri Robert Geyts ABŞ administrasiyasının İraqla bağlı yeni strategiyası ilə əlaqədar İraqdadır. Müdafiə naziri səfəri ilə bağlı açıqlamanı Pentaqon rəsmiləri ilə görüşündən sonra elan edib. O deyib ki, səfərinin məqsədi hərbi komandirlərin fikirləri ilə tanış olmaq və iraqlılarla söhbət aparmaqla daha artıq məlumat əldə etməkdən ibarətdir. Müdafiə naziri Geyts və onu müşayiət edən ABŞ-ın Hərbi Qərargahlar rəisi Peter Peys İraqın hərbi və siyasi liderləri ilə görüşlər keçirib.

XS
SM
MD
LG