Accessibility links

Nüvə silahı ilə bağlı danışıqlarda yenə də razılıq əldə edilmədi


Şimali Koreyanın nüvə silahı ilə bağlı altıtərəfli danişiqlarda iştirak edən Yaponiyanın nümayəndəsi Keniçiro Sasaye deyib ki, danışıqlarda heç bir razılıq əldə edilməyib. O, bu həftə keçirilən danışıqların çıxılmaz vəziyyət almasında Şimali Koreyanı günahlandırmış və demişdir ki, Birləşmiş Ştatlar bu ölkəyə qarşı maliyyə sanksiyaları həyata keçirməzdən əvvəl o, nüvə silahının istehsalını dayandırmalıdır.

Birləşmiş Ştatların nümayəndəsi Kristofer Hill bu gün Şimali Koreya nümayəndələrinə bildirib ki, onlar Birləşmiş Ştatların sanksiyaları barədə şikayətlənməkdənsə, diqqətlərini təcili olaraq nüvə silahı istehsalının dayandırılmasına yönəlməlidirlər. Qeyd edək ki, artıq 4 gündür ki, altıtərəfli danışıqlar davam edir.

XS
SM
MD
LG