Accessibility links

23 Britaniya deputatı İran Azərbaycanlıları haqqında tövsiyyə sənədinə imza atıb


İran Azərbaycanına Pəncərə proqramını dinləyirsiniz. Noyabrın 22-dən Britaniya parlamentinin internet səhifəsində çıxarılan deputat Keyt Vaz tərəfindən təqdim olunan İran Azərbaycanlılarının hüquqlarına dair "early day motion" – tövsiyyə sənədinə artıq 23 ingilis deputat qoşulub.

3 konservator, 13 leyborist və 7 liberal demokratpın dəstəklədiyi bu sənəddə Keyt Vaz İranda mədəni hüquqlara hörmət və Pəhləvi rejiminin 1925-ci ildə hakimiyyətə gəlməsindən sonra qeyri-fars millətlərə qarşı repressiyalara spon qoyulması tələbi ilə aksiyalardan sonra minlərlə azərbaycanlı fəalın həbsini, İran əhalisinin 25 faizini, BMT İqtisadi və Sosial Məsələlər Şurasının məlumatına görə isə 30 milyon təşkil edən azərbaycanlıların öz ana dillərində təhsil hüququnun olmamasını, 1979-cu il İslam inqilabından sonra azərbaycanlıların təşkil etdiyi mitinqlərin ən kütləvi etiraz aksiyası olduğunu həmkarlarının nəzərinə çatdırır.

Sənəd müəllifi millət vəkillərini İran hökumətini azərbaycanlılar və digər etnik qrupların mədəni hüquqlarını qorumağa çağırması üçün Birləşmiş Krallıq administrasiyasına müraciət etməyə səsləyib.

Britaniya parlamentinin üzvünə İran Azərbaycanlılarının hüquqlarının pozulmasına dair məlumatları təqdim etmiş İsveçin Azərbaycanlı Gənclər Assosiasiyasının rəhbəri Nərgiz Nedai bildirib ki, bu sənəd məsələyə ingilis parlamentarlarının diqqətini cəlb etmək baxımından önəm daşıyır. Amerikanın səsinə müsahibəsində Nərgiz Nedai Britaniya və İsveç parlamentlərində görülən işlər barədə danşıb.

Xatırladaq ki, İsveç parlamentində qəbul edilən dörd səhifəlik qətnamə layihəsində Azərbaycanlıların tarixi və mədəniyyəti ilə bağlı məlumatla yanaşı onların hüquqlarının pozulması ana dilində təhsil imkanının olmaması və mədəni hüquqlarını tələb edənlərin həbs olunduğu barədə geniş məlumat verilir. Sənəddə İsveç hökumətinə BMT və digər beynəlxalq təşkilatlarda İran azərbaycanlılarının hüquqları məsələsini qaldırmaq və İranla münasibətlərində bu faktoru nəzərə almaq tövsiyyə edilir.

Nərgiz Nedainin Amerikanın səsinə dediklərini audio-formatda dinləyin

XS
SM
MD
LG