Türkmənistanın Xalq Şurası Fevral ayının 11-ində keçiriləcək prezident seçkilərində iştirak üçün altı namized müəyyən edib.
2500 qəbilə ağsaqqalı və yerli rəhbərdən ibarət şura bu gün Aşqabatda iclas keçirib. Şura baş nazirin müavini Qurbanqulu Berdiməhəmmədovu da namizedlərin siyahısına daxil edib. Ancaq Royter xəbər agentliyi konstitusiyanın onun namizedliyini qadağan etdiyi barədə məlumat verib. Türkmənistanın müxalifət partiyaları bir prezident namizedi ətrafında birləşəcəklərini bildiriblər.
Türkmənistanın sürgündə olan müxalifət liderləri dünən Ukraynada təşkil etdikləri mətbuat konfransında dünya ictimaiyyətini seçkilərin demokratik şəraitdə keçirilməsi üçün Türkmənistana təzyiq göstərməyə çağırıblar.