Accessibility links

Qazprom Belerusa qaz verilmesini dayandıra bilər


Belerusla Rusiyanın təbii qaz Şirkəti Qazprom arasındakı danışıqlar dayanıb. Belerus qazın qiymətinin kəsgin artışına razılıq vermədiyi təqdirdə gələn həftə Rusiyadan Belerusa qazın göndərilməsi dayandırıla bilər.

Belerus hazırda Rusiya qazına min kubmetr üçün 47 dollar ödəyir. Qazprom isə Yanvar ayının birindən bu qiyməti 200 dollara qaldırmaq istəyir. Bir il əvvəl qazın qiyməti üzərində razılıq əldə edilə bilmədiyinə görə Rusiyadan Ukrayna və bəzi Avropa ölkələrinə qaz göndərilməsi müvəqqəti dayanmışdı. Bu isə Qərb ölkələrinin Rusiyanı kəsgin təngidinə səbəb oldu.

Qazpromun nümayəndəsi Sergei Kupriyanov bu gün Moskvada deyib ki, keçən ilki böhranın təkrar olunacağı barədə Avropa ölkələrinin təşvişə düşməsinə ehtiyac yoxdur ona görə ki, Qazprom qazın nəqlində hərhansı bir dayanmanın təsirlərini aradan götürmək üçün ehtiyyatda lazımı qədər qaz saxlayır.

XS
SM
MD
LG