Accessibility links

ABŞ-ın sabiq prezidenti Gerald  Fordun dəfn mərasimi üçün hazırlıqlar davam edir


Çərşənbəaxşamı günü dünyasını dəyişən Amerikanın sabiq Prezidenti Gerald Fordun dəfn mərasimi üçün hazırlıqlar davam edir. ABŞ rəsmilərinin bildirdiklərinə görə onun üçün beş gün anım mərasimləri keçiriləcək.

Birinci özəl mərasim cümə günü Kaliforniyada onun evinin yaxınlığında keçiriləcək. Gerald Fordun cənazəsi daha sonra Vaşingtona aparılacaq və burada şənbə günü rəsmi anım mərasimi olacaq. Çərşəbnəaxşamı günü Vaşingtondakı milli Kafedralda təşkil ediləcək dini mərasimdən sonra sabiq Prezident yerlisi olduğu Miçiqan ştatında dəfn ediləcək. Gerald Ford 1973-cü ildə vitze prezidentin istefaya çıxmasından sonra Prezident Nikson tərəfindən vitze prezident təyin edilmişdi. Riçırd Niksonun Vatergate qalmaqalı səbəbilə və impiçment hədəsinə görə 1974-cü ildə istefaya çıxmasından sonra isə Gerald Ford Amerikanın 38-ci prezidenti olmuşdu.

XS
SM
MD
LG