Accessibility links

Molla Ömər: Xarici qüvvələr  Əfqanıstandan çıxarılacaq


Axtarışda olan Taliban lideri Molla Ömər əmin olduğunu bildirib ki, onun tərəfdarları xarici qüvvələri Əfqanıstandan çıxaracaqlar. Belə bir mesaj bu gün xəbər agentliklərinə göndərilib.

Orada deyilir ki, bütün Əfqan tarixi boyunca düşmənlər zor vasitəsilə ölkədən qovulublar və heç bir təcavüzkar qüvvə ölkəni öz iradəsiylə tərk etməyib. Ömər həmçinin Əfqan və Pakistan rəsmiləri tərəfindən sərhəd zonasında zorakılığa son qoyulması üçün qəbilə şuralarının yaradılması təklifini rədd edərək bunu təcavüzkarlar və onların marionetləri tərəfindən quraşdırılmış tələ adlandırıb.

Hazırda ABŞ hökuməti Molla Ömərin həbsinə görə 10 milyon dollar mükafat müəyyənləşdirib. Ömər Taliban rejimi 2001-ci ildə devrildikdən az sonra gizlənib.

XS
SM
MD
LG