Accessibility links

Səddam Hüseynin edamına ərəb dünyası qarışıq reaksiyalar verir


Səddam Hüseynin edamı ərəb dünyasında müxtəlif reaksiyalara səbəb olmuşdur. Bəziləri sabiq İraq rəhbərinin cinayətlər törətdiyinə inansalar da, məhkəmənin ədalətli olmasını sual altına qoyurlar. Tənqidlər üçün digər səbəb, edamın müsəlmanların qeyd etdiyi vacib bayramlardan birinin ilk qünündə həyata keçirilməsidir.

Qurban Bayramının ilk qününü ailələri ilə birlikdə qeyd etməyi planlaşdıran ərəblərin çoxunun Səddam Hüseynin edamına reaksiyası qarışıq və sakit olmuşdur. İraqın 2003-cü ildəki işğalına qədər, Səddam Hüseyn ərəb dünyasında böyük rəğbətə malik deyildi.

Lakin mütəxəssislər deyirlər ki, Hüseynin iki illik həbsi və keçirilmiş məhkəmə prosesi zamanı onun reytinqi yüksəlmişdir. Səddam Hüseynin insanlığa qarşı cinayətlər törətdiyinə inananların bəziləri də indi onu qurban kimi qəbul edirdilər.

Me’mar Maged İbrəhim deyir ki, xarici qoşunlar tərəfindən işğal edilmiş ölkədə ədalətli məhkəmənin keçirilməsi qeyri-mümkündür. O deyir ki, Səddam Hüseyn çox pis işlər görüb və onlara görə məsuliyyət daşımalıdır. "Bəlkə də elə məsələlər var ki, biz hələ onları bilmirik və sonra öyrənəcəyik. Ola bilsin ki, o tutduğu əməllərə qörə edam olunmalıdır. Lakin bunu nə amerikalılar, nə də onların agenti olan indiki İraq höküməti etməli idi."

Bu fikri ərəb siyasətçilərinin çoxu bölüşür. Lakin edamın sünni müsəlmanların müqəddəs Qurban Bayramını qeyd etdiyi zaman həyata keçirilməsi regionda çoxlarını təəccübləndirmişdir. Xatırladaq ki, şiə müsəlmanları bu bayramı 2 gün sonra qeyd edirlər.

Qurban bayramının ilk qünü, İbrahim peyğəmbərin öz oğlunu Allaha qurban vermək arzusunu qeyd etmək məqsədi ilə müsəlmanlar qurbanlıq heyvanlar kəsirlər. Taksi sürücüsü Səid Abdel-Əzim deyir ki, o, Səddamın məhkəməsinə baxırdı və onun edamı barədə xəbəri eşidəndə o ağlamağa başlamışdır. O deyir ki, edam üçün bu vaxtın seçilməsi dünya müsəlmanlarına təhqirdir. "Onu bizim bu gündə qurban kəsdiyimiz inək və qoyun kimi qətlə yetirmək bütün müsəlmanlara, və bütün rəhbərlərə təhqirdir".

Bəzi mütəxəssislər deyirlər ki, Səddam Hüseynin edamının bayram günü həyata keçirilməsi, onu qurban kimi qəbul edənlər üçün simvolik ola bilər. Səddam Hüseynin İnternetdə dərc edilmiş ölüm qabağı mürəciətində onun edamı bu səpkidə təsvir edilir.

Səddam Hüseynin edamına Yaxın Şərqdə rəsmi reaksiyaların sayı az olsa da, İran höküməti qətli alqışlayaraq, sabiq İraq rəhbərini insanlığa qarşı cinayətlərin me’marı adlandırmışdır. Bununla bərabər, iranlıların əksəriyyəti düşünürlər ki, Səddam Hüseyn İran-İraq müharibəsinə görə də məsuliiyət daşımalıdır.

Bu arada Liviya Səddam Hüseynin ölümü ilə əlaqədər 3-günlük matəm elan edib.

XS
SM
MD
LG