Accessibility links

Səddam Hüseynin asılmasından sonra İraqda zorakılıqlar davam edir


Devrilmiş diktator Səddam Hüseynin asılmasından 2 gün sonra İraqda zorakılıqlar dalğası davam edir.

Hərbçilərin verdiyi məlumata əsasən Amerika əsgərləri Bağdaddakı Sünni məhəlləsində Əl Qaida dayaqlarından birinə reyd zamanı 6 terrorçunu öldürüblər. Onlar şiddətli atəşə tutulduqdan sonra cavab atəşi açmış və sonra baş verən döyüşdə iki ev yanmışdır. Müəyyən edilib ki, güllələrin atıldığı binalardan biri Sünni siyasətçi Saleh əl Mütləhin Milli Dialoq Cəbhəsinə məxsusdur. Əl Arabiyya telekanalına müsahibə verən əl-Mütləh Amerika hərbçilərini onun Milli Dialoq Cəbhəsinin 2 işçisini öldürməkdə ittiham edib.

Başqa xəbərdə Mosuldan Bağdada gedən ailənin 5 üzvünün silahlı şəxslər tərəfindən qətlə yetirildiyi xəbər verilir. Bu arada ABŞ mediası bildirir ki, İraqda öldürülən Amerika əsgərlərinin sayı 3 minə çatıb. Pentaqon isə bu rəqəmi təsdiqləməyib.

XS
SM
MD
LG