Dünyasını dəyişmiş sabiq ABŞ prezidenti Gerald Fordun uşaqları Vaşinqtondakı Kapitoli binasına gəlib atalarının burada qoyulmuş cənazəsini ziyarət edib ehtiramını bildirən insanları salamlayırlar.
Cənab Fordun qızı və diqər qohumları üstü ölkə bayrağı ilə örtülmüş cənazənin yanından keçən insanlara əl verir və başsağlığı arzularını qəbul edirlər. Dünəndən başlayaraq minlərlə insan buraya gəlib, 1974-cü ildə Riçard Niksonun istefasından sonra prezident olmuş Gerald Fordu yad edib. Bu gün prezident Buşun da Texas ştatının Krouford şəhərindəki rançosundan qayıdarak Kapitoliyə qetməsi və cənab Forda son ehtiramını bildirməsi gözlənilir.