Accessibility links

Vaşinqtondakı Milli Kafedralda Gerald Ford üçün mərasim təşkil edilib


Prezident Buş dünyasını dəyişmiş prezident Gerald Fordu Amerika tarixinin ən keşməkeşli vaxtında ölkə prezidenti olmuş dahi bir insan adlandırmışdır.

Cənab Fordun bu qün Vaşinqtonda keçirilmiş dəfn mərasimində prezident Buş sabiq prezidentin xəsiyyətini və insanlığını, onun rəhbərlik keyfiyyətlərini və ölkəsinə xidmətlərini yad etmişdir. Sabiq ABŞ prezidentləri Bill Klinton və Cimmi Karter daxil olmaqla minlərlə insan Milli Kafedralda keçirilmiş mərasimdə iştirak etmişlər.

Sabiq prezident ata-Buş cənab Fordu böyük yumor hissinə malik olan və həyatını səmimiyyət və şərəflə yaşamış bir insan adlandırmışdır. Bundan başqa mərasimdə sabiq dövlət katibi Henri Kissincer və NBC Teləşirkətinin aparıcısı Tom Brokau da çıxış etmişlər. Milli Kafedralda təşkil edilən mərasimdən sonra Cənab Fordun cənazəsi vətəni Miçiqan ştatının Grand Rapid şəhərinə yola salınıb. O sabah Grand Rapiddə torpağa tapşırılacaq.

XS
SM
MD
LG