İndenoziyanın rəsmiləri deyirlər ki, xilas dəsdələri dağlıq ərazidə dünən əlaqə itən sərnişin teyyarəsinin düşdüyü yeri tapmaqda çətinlik çəkirlər. Əvvəlcə isə təyyarənin qalıqlarının tapıldığı bildirilmişdi.
İdoneziyanın rəsmiləri hadisə ilə əlaqədar olaraq üzr istəyiblər. Xilas dəsdələri bu gün də Sulavesi adasında meşəlik və dağlıq ərazidə axdarışlarını davam etdiriblər. Təyyarə qəzası nəticəsində azı doxsan adamın həlak olduğu bildirilib. Təyyarənin pis hava şəraiti səbəbiylə düşdüyü təxmin edilir. Bəzi xəbərlərə görə oniki nəfər qəzadan xilas olub. Sərnişinlərin arasında ABŞ vətəndaşlarının da olduğu bildirilir.