Accessibility links

Prezident Ford Miçiqanda dəfn edildi


Keçmiş ABŞ prezidenti Cerald Ford altı gün davam edən ictimai vidalaşma mərasimlərindən sonra bu gün vətəni Miçiqanştatının Qrənd Rəpid şəhərində torpağa tapşırıldı.

Dünəndən etibarən cənab Fordun Qrənd Rəpid şəhərindəki muzeyində qoyulmuş tabutu qarşısında vidalaşmaq üçün gələnlər sıraya düzlüblər.

Birləşmiş Ştatların 38-ci prezidenti Cerald Ford ötən həftə Kaliforniyada 93 yaşında vəfat edib.

Onun kilsədə keçirilən son vida mərasimində president Forda 1976-cı il seçkilərində qalib gələn Cimmi Karter nitq söyləyib.

Cimmi Karter 30 il bundan əvvəl olduğu kimi president Forda ölkəni bir çox bəlalardan xilas etdiyinə görə təşəıkkürünü bildirib.

XS
SM
MD
LG