Accessibility links

Türkiyə baş naziri: ABŞ PKK-ya qarşı kifayət qədər  tədbir görməyib


Türkiyənin baş naziri Rəcəb Təyyüb Ərdoğan deyib ki, Birləşmiş Ştatlar Kürdüstan Fəhlə Partiyasına qarşı kifayət qədər tədbirlər görmür.

O söyləyib ki, ABŞ PKK-nın maliyyə mənbələrinin kəsilməsi və onun militantlarının İraqın şimalındakı bazalardan çıxardılması sahəsində heç bir fəaliyyət göstərməyib. Birləşmiş Ştatlar NATO-nun keçmiş Ali Komandanı, pensiyaya çıxmış general Cozef Ralstonu PKK və başqa terrorçu qruplara qarşı mübarizə üzrə xüsusi elçi təyin etmişdi .

Türkiyənin baş naziri bu gün Livana gedərkən təyyarədə jurnalistlərə söyləyib ki, Birləşmiş Ştatlar PKK-ya qarşı Türkiyənin gözlədiyi ciddi addımların heç birini atmayıb.

XS
SM
MD
LG