Accessibility links

Buş Milli kəşfiyat direktoru vəzifəsinə nominasiyasını açıqladı


Prezident Buş Milli kəşfiyyat idarəsinin yeni direktoru vəzifəsinə hərbi dəniz qüvvələrinin vitse-admiralı Mayk MakKonnelin namizədliyini irəli sürüb. Prezident Buşun nominasiyaları namizdə demokratların çoxluq təşkil etdiyi Konqres tərəfindən təsdiq edilməlidir.
Bu gün Ağ Evdə nominasiyaları elan edən cənab Buş deyib ki, vitse-admiral Makkonnel bu vəzifəni tutmaq üçün təcrübəyə, lazımi keyfiyyətlərə və düşüncəyə malik bir şəxsdir. Vitse-admiral Makk onnel 1990-cı illərdə Milli Təhlükəsizlik agentliyinin rəhbəri vəzifəsində çalışmışdır.
Prezident Buş habelə Con Neqropontenin ABŞ Dövlət katibinin müavini vəzifəsinə keçirildiyini deyib. ABŞ prezidenti bildirib ki, Birləşmiş Ştatların xarici siyasətinin formalaşdırılmasında Dövlət Departamentində bu vəzifə böyük əhəmiyyət kəsb edir. Con Neqroponte Amerikanın 16 mülki və hərbi kəşfiyyat agentliyini birləşdirən Milli kəşfiyyat idarəsinin ilk direktoru vəzifəsini iki ildən az bir müddətdir icra edirdi. Bu vəzifə 11 sentyabr hadisələrindən sonra ölkənin kəşfiyyat agentliklərinin fəaliyyətlərini koordinasiya etmək məqsədilə yaradılmışdır. Prezident Buş Senatın hər iki namizədi tez bir zamanda bu vəzifələrdə təsdiq edəcəyinə ümid bəslədyini bildirmişdir.

XS
SM
MD
LG