Accessibility links

Çin İranı BMT-nin qətnaməsinə ciddi yanaşmağa çağırıb


Çinin dövlət xəbər agentliyi Sinxuanın verdiyi məlumata əsasən, prezident Hu Jintao İranı BMT Təhlükəsilzi Şurasının sankasiyaların tətbiqi ilə bağlı qətnaməsinə daha ciddi yanaşmağa çağırıb. Dövlət xəbər agentliyinin bildirdiyinə görə, cənab Hu hazırda Çində səfərdə olan İranın nüvə danışıqlarında əsas vasitəsiçi Əli Laricaniyə deyib ki, qətnamə beynəlxalq ictimaiyyətin bölüşdüyü narahatlıqları əks etdirir. Öz növbəsində Əli Laricani Tehranın danışıqlar vasitəsilə əlverişli həll yollu tapmağa çalışdığını bildirib. Laricani Çin rəsmilərilə görüşmək üçün iki günlük rəsmi səfərlə Pekindədir.
XS
SM
MD
LG