Accessibility links

Hindistanda terror aktları


Hindistan rəsmiləri ölkənin şimal şərqindəki Assam ştatında separatçıların azı 13 nəfəri öldürdüyünü bildiriblər.

Ştatın paytaxtı Qauhati şəhərindən 600 kilometr aralıda yaraqlıların son zamanlar həyata keçirdiyi reydlərdə 30 nəfərin həlak olduğu bildirilir.

Şərqi Dibruqarh və Tinsukia rayonlarında cümə günü baş verən altı hücumda isə azı yeddi nəfər öldürülüb.

Hücumlara görə məsuliyəti üzərinə götürən olmasa da, ölkə rəsmiləri 1979-cu ildən bəri Assam ştatının Hindistandan ayrılmasını tələb edən Asom Birləşmiş Azadlıq Cəbhəsini günahlandırırlar.

XS
SM
MD
LG