Accessibility links

Polşalı arxiyepiskop sabiq Kommunist casusu olub


Varşavanın arxiyepiskopu Polşa paytaxtında xüsusi mərasimdə vəzifəsinin icrasına başlamazdan 30 dəqiqə əvvəl istefa verib. Roma Papası Benedikt Kommunist dönəmində xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini iki gün öncə etiraf etmiş Kardinal Stanislav Vielqusun istefasını qəbul edib.

Cümə günü rəsmən arxiyepiskop vəzifəsinə təyin olunandan sonra Kardinal Vielqus bəyanat verərək kommunist dönəmində casus olduğunu etiraf etmişdi. Bundan əvvəl o, bunu inkar edirdi. Kardinal öz əməllərinə görə təəssüfləndiyini bildirərək bunun kilsəyə zərbə endirdiyini bildirdi. Kardinal Vielqusun etirafı onun bu günkü mərasimdən öncə vəzifədən kənara çəkilməsi haqda çağırışlara yol açdı. Əvəzində papa təqaüdə çıxmaqda olan Varşava Arxiyepiskopu Kardinal Cozef Qlempdən müvəqqəti olaraq vəzifədə qalmağı xahiş edib.

XS
SM
MD
LG