Accessibility links

Ayatolla Xomeneyi İranın nüvə texnologiyasından əl çəkməyəcəyini deyib


İranın Ali dini rəhbəri Ayatolla Xameneyi deyib ki, onun ölkəsi nüvə texnologiyaları inkişaf etdirmək hüququndan imtina etməyəcək. Ayatolla bu açıqlamalrı bu gün Qum şəhərində çıxışı zamanı verib. Ayatolla Xameneyi deyib ki, İran öz hüququnu əldən verməyəcək və İran rəsmiləri dövlətin bu hüquqdan istifadə etməsinin qarşısını almaq səlahiyyətinə malik deyillər. Onun sözlərinə görə, müsəlman ölkələri İranın nüvə sahəsində müvəffəqiyyətlərindən qürur hissi duymalıdır. Qeyd edək ki, Ayatolla Xameneyi İranda bütün məsələlərlə bağlı son sözə malikdir.

İranın nüvə proqramı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Birləşmiş Ştatlar və onun müttəfiqləri Theranı mülki nüvə proqramı adı altında nüvə bombası istehsal etməyə çalışmaqda ittiham edir. Rəsmi Tehran bu iddiaları rədd edir. Dekabr ayında BMT Təhlükəsizlik Şurası Tehranın nüvə fəaliyyətlərinə görə İranda qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnaməni yekdilliklə qəbul etmişdi. İran nüvə proqramını dayandırmadığına görə tətbiq olunmuş sanksiyalara dair BMT qətnaməsini qınamışdır.

XS
SM
MD
LG