Accessibility links

Fətahla Həmas arasında yenidən qarşıdurma baş verib


Bu gün Qəzza Zolağında Fələstin fraksiyaları arasında baş verən toqquşma nəticəsində beş nəfər Həmas yaraqlısının yaralandığı bildirilir. Bu qarşıdurma Fələstin fraksiyaları arasında saziş əldə ediməsindən üç gün sonraya təsadüf edir.

Qarşıdurma Fələstin prezidenti Mahmud Abbasın başçılıq etdiyi Fətah partiyasının yaraqlıları tərəfindən beş Həmas yaraqlısının ələ keçirilməsindən sonra baş vermişdir. Həmin beş nəfər az sonra azad edilsə də, sonrdan hücuma məruz qalmışdı.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl qruplar barışıq haqda razılığa gəlmişdirlər. Gərginlik şənbə günü, prezident Mahmud Abbasın Həmasın 6 000-ə yaxın yaraqlısını qeyri -qanuni adlandırdıqdan və onların təcili surətdə Fələstinin təhlükəsizlik qüvvələri ilə birləşərək, birbaşa onun nəzarəti altında olmalı olduğunu deməsindən sonra başlanmışdı. Həmas isə bu tələbi rədd edərək, qüvvələrin dağıdılması səylərinin müqavimətlə qarşılaşacağını deyir.

Fətah yaraqlıları eləcə də, İordan Çayının Qərb Sahilində Həmas rəsmilərinə qarşı hücumları artırmışlar. Fətah yaraqlılarının lideri Ətta Əbu Rəmalla Fətahın İordan Çayının Qərb Sahilində vəziyyətin Qəzzadakı kimi ağırlaşmasına yol verməyəcəyini deyib.

XS
SM
MD
LG