Accessibility links

Amerikanın səsinin televiziya verilişləri AzTV1də


Amerikanın səsinin əvvəllər ANS telekanalında yayımlanan televiziya proqramları artıq Azərbaycan Dövlət Televiziyası vasitəsilə yayımlanacaq.

“Newsflash” televiziya proqramı artıq AzTV–1 kanalında həftənin bazar ertəsi günündən cümə gününə qədər, Bakı vaxtılə səhər saat 7:45 də, Amerika icmalı şənbə günü saat 19:00-da efirə çıxacaq.

Milli Televiziya və Radio Yayımı Şurasının xarici televiziya və radio verilişlərinin özəl telekanallarda yayımının dayandırılması barədə qərarından sonra “Amerikanın səsi”nin TV proqramlarının dövlət telekanalı ilə translyasiyası barədə Birləşmiş Ştatların Beynəlxalq Yayım Şurası və Azərbaycan Dövlət Televiziyası arasında müqavilə yanvar ayının əvvəlində imzalanmışdır.

Xatırladaq ki, yanvarın 1-dən etibarən Amerikanın səsi radiosu Bakıdakı dinləyicilərin görüşünə gündə üç dəfə 101.7 FM-də gəlir. Hər gün Bakı vaxtilə 22.30-da yayımlanan ənənəvi radio proqramımızdan əlavə gündə iki dəfə - saat 19.00 və 21.00-də Amerikanın səsinin azərbaycanca xəbər bulletenlərini dinləyə bilərsiniz. Bundan başqa, 22.30-da yayımlanan proqramımız gecə yarısı saat 12-də təkrarən efirdə səsləndirilir.

XS
SM
MD
LG