Accessibility links

Iraq hərbi qüvvələri yaraqlılara qarşı hücuma keçmişlər


Bu gün Bağdadda İraq hərbi qüvvələri Birləşmiş Ştatlar hərbi təyyarəsinin köməyi ilə silahlı şəxslərə qarşı hücuma keçmişlər. İraqın müdafiə nazirliyinin bildirdiyinə görə, saatlarla davam edən döyüş zamanı azı 50 yaraqlı qətlə yetirilib.

Birləşmiş Ştatlrın hərbi təyyarələri Sünni yaraqlıların istehkamı olan Hayfa küçəsi üzərində aşağıdan uçmuşlar. Hərbiçilərin bildirdiyinə görə, qüvvələr kiçik silahlar və raket qumbaraları ilə atəşə tutulmuşlar.

Birləşmiş Ştatlar hərbi qüvvələri döyüşlərin səhər tezdən Talil meydanında yaraqlıların ələ keçirilməsi, yaraqlıların fəaliyyətinə mane olunması və nəzarətin İraqın təhlükəsizlik qüvvələrinə verilməsi məqsədi ilə əməliyyatı ilə başlandığını bildirilər.

Qeyd edək ki, bu əməliyyatlar prezident Buşun İraqın yeni strategiyası barədə edəcəyi çıxışından bir gün əvvələ təsadüf edir. Birləşmiş Ştatların Respublikaçı senatoru Qordon Smit bildirib ki, prezidentin planına İraqa qısa müddətə əlavə 20 000 əsgərdən ibarət hərbi qüvvə göndərilməsi də daxildir.

XS
SM
MD
LG