Accessibility links

ABŞ hərbiçiləri İran konsulluğunda reyd keçiriblər


İraq rəsmiləri bildirib ki, Birləşmiş Ştatların hərbiçiləri ölkənin şimalindakı Ərbil şəhərindəki İran konsulluğunda reyd keçirərək, 5 nəfəri saxlayıblar.

Bu gün ABŞ hərbiçilərinin bəyanatında kürdlərin yaşadığı bölgədə 6 nəfərin həbs olunduğunu xəbər verilir. Lakin İran konsulluğu barədə heç bir söz deyilmir. Yerli rəsmilər reydin sübh çağı edildiyini və Amerika qoşunlarının kompüter və sənədləri də müsadirə etdiyini deyib. İranın rəsmi xəbər agentliyi Tehranın İraq xarici işlər nazirliyinə etiraz notası verdiyini bildirib.

Ötən ay ABŞ qüvvələri Amerika qoşunlarına hücumlar planlaşdırmaqda şübhəli bildiyi bir neçə iranlını həbs etmişdi. Onlardan diplomatic toxunulmazlığa sahib 2 nəfər sonradan azad olunmuşdu.

XS
SM
MD
LG