Accessibility links

Kimyagər Əli minlərlə kürdü evlərindən qovduğunu etiraf edib


Səddam Hüseynin əmisi oğlu, Kimyagər Əli adı altında tanınan Əli Həsən Əl Məcid özünün soyqırım ittihamı ilə keçirilən məhkəmə iclasında 80-ci illərdə minlərlə kürdü evlərindən qovduğunu etiraf edib. Əl Məcid Bağdadda bu gün keçirilən iclasda Bəəz partiyasının və ya ordunun rəhbərliyi ilə məsləhətləşmədən məcburi köçürülmə haqda əmr verdiyini deyib. Lakin o, 300 kürd yaraqlısını öldürdüyünə dair ittihamları rədd edib.

Qeyd edək ki, Əl Məcid Şimali İraqda 180 min kürdün ölümü ilə nəticələnən əməliyyatlarda iştiraka görə mühakimə edilir.

XS
SM
MD
LG